Ölkə gələn il eyni vaxtda tibbi sığorta sisteminə keçə bilməyəcək –Əhali yeni qaydaları dərk etməkdə çətinlik çəkir

“İstər tibb müəssisələrinin tibb heyəti, istərsə də əhali prosesin həyata keçirilməsi üçün görülən hazırlıq işlərini yüksək səviyyədə dərk edə bilmirdilər. Bu da başa düşüləndir. Çünki əhali tam şəkildə bu xidmətdən istifadəyə etməyib”.

“Report” xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev parlamentdə “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Agentlik prosesin mürəkkəbliyini nəzərə alaraq hökumət qarşısında gələn il ölkədə icbari tibbi sığortanın mərhələli şəkildə tədbiqi məsələsini qaldırıb: “Təklif 2020-ci ildə ölkə üzrə prosesin 4 mərhələli şəkildə həyata keçirilməsidir. Belə ki, I rübdə şimal hissəsi üzrə 20 rayon, II rübdə qərb bölgəsi üzrə 17 rayon, III rübdə cənub bölgəsində 14 rayon, IV rübdə isə Bakı, Sumqayıt və Abşeron rayonu icbari tibbi sığortadan yararlanacaq. Bununla da 2020-ci ilin sonuna kimi bütün ölkədə icbari sığortanın tədbiqi nəzərdə tutulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda üç yeni vitse-spiker təyin olunub

Sonrakı məqalə

Rusiyada qazdan kütləvi zəhərlənmə olub