Gürcüstandakı azərbaycanlıların problemlərinin həlli istiqamətində fəaliyyət proqramının icrasına başlanılıb. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
F.Muradov vurğulayıb ki, Dövlət Komitəsinin əməkdaşları Gürcüstanda bu məsələləri araşdırıblar:
“Biz Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri bir-bir gəzdik. Biz bilirik ki, orada hansı problemlər mövcuddur. Təhsil Nazirliyi və digər qurumlarla birgə fəaliyyət planı tərtib olundu və artıq o planın həyata keçirilməsinə başlanılıb. Gürcüstanda yaşayan azərbaycanlılara dərsliklər təqdim olunur. Bu yaxınlarda Marneulidə böyük bir ərazidə Azərbaycan gənclərinin inteqrasiya məktəbi yaradılıb. Orada yüzlərlə azərbaycanlı gənc təhsil alır, biliklərə yiyələnirlər”.