Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu

Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni seperatçılarının rəhbərlərindən biri olan Vaaqn Çaxalyan Ermənistanın işğalçı ordusunun sıralarına qoşulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü “Facebook” səhifəsində yazıb və bunu sübut edən fotoşəkillər paylaşıb.

V.Çaxalyan Gürcüstana qayıdacağını qeyd edib: “Qayıdacağıq və milli dəyərlər üzrə mübarizəmiz daha da böyüyəcək”. Onun “biz” yazması onu deməyə əsas verir ki, onunla birgə Samtxe-Cavaxeti bölgəsindən olan digər separatçılar da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrə qoşulublar.

Bu fakt Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlara dünyanın müxtəlif ölkələrindən olan erməni terrorçu, separatçı və ekstremistlərini cəlb etdiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, V.Çaxalyan 2008-ci ilin iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunub. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanılması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü ilin yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili separatçının əfvini kəskin qınamışdı. Onun sözlərinə görə, V.Çaxalyan erməni katalikosu II Qareginin xahişi əsasında həbsdən azad edilib. Əfvi böyük səhv adlandıran keçmiş dövlət başçısı bildirib ki, bu qərar gələcəkdə Gürcüstanın milli təhlükəsizliyi və dövlətçiliyi üçün ağır nəticələnəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

Sonrakı məqalə

Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər