Gürcüstanın Baş naziri koronavirusa yoluxub
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştamına yoluxub.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.
Xatırladaq ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, koronavirus əleyhinə tam peyvənd olunub.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökumətinin 4 naziri də koronavirusa yoluxub.
