Gürcüstanın Baş nazirinin Türkiyəyə səfəri başlayıb –

Ərdoğanla görüşəcək
01 İyun 2021 - 11:20

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Türkiyəyə səfərə yola düşüb.

Gürcüstan hökumətinin başçısı səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfər çərçivəsində Gürcüstan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək.

İrakli Qaribaşvili və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Gürcüstanın Baş naziri səfər çərçivəsində Anıtqəbri ziyarət edəcək.

Gürcüstan nümayəndə heyətinə Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və digər rəsmi şəxslər daxildir.