Gürcüstanın biznes ombudsmanı və müavini istefa verib

Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze istefa verib.

“Report”un yerli bürosunun məlumatına görə, biznes ombudsmanla yanaşı onun müavini Levan Kalandadze də vəzifəsini tərk edib.

İ.Lekvinadze və müavini noyabrın 8-də işdən çıxmaqla bağlı ərizə yazıblar.

Qeyd edək ki, İ.Lekvinadze 2018-ci ilin yanvarından Gürcüstanın biznes ombudsmanı vəzifəsini tuturdu. Qonşu ölkədə biznes ombudsmanı baş nazir təyin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lavrovdan Bakı üçün gözlənilməz açıqlama:

Sonrakı məqalə

“Subaylar günü” “Alibaba”ya düşüb: