Lavrovdan Bakı üçün gözlənilməz açıqlama: "Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir sülh sazişi mümkün deyil"

“Bir daha qeyd edirəm ki, danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özü razılaşdırmalıdırlar. Bununla mübahisə etmək çətindir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, məsləhətləşmələrin ilkin mərhələsində Dağlıq Qarabağ danışıqların iştirakçısı olub, lakin hansısa mərhələdə Ermənistan rəhbərliyi, keçmiş prezidentlərdən biri danışıqlarda Dağlıq Qarabağın maraqlarını Yerəvanın təmsil edəcəyinə dair qərar verib.

“Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik”, – deyə Rusiya XİN başçısı Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı Ermənistanın təklifinə Moskvanın necə baxması ilə bağlı suala cavabında qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə İŞİD terrorçularının deportasiyasına başlayıb

Sonrakı məqalə

Gürcüstanın biznes ombudsmanı və müavini istefa verib