Gürcüstanın sabiq Baş Naziri 7 ildən sonra azadlığa buraxılıb –

FOTO
20 Fevral 2020 - 10:36

Gürcüstanın həbsdə olan sabiq Baş Naziri Vano Merabişvili bu gün azadlığa buraxılıb.

7 illik həbs müddəti başa çatan sabiq nazir saxlanıldığı Matrosov həbsxanasından azadlığa buraxılıb. Merabişvilini həbsxananın qarşısında tərəfdarları qarşılayıb.

Qeyd edək ki, V. Merabişvili 2013-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə həbs edilib. O, 2011-ci ildə Sandro Qirqvlianinin qətlinə dair dəlilləri gizlətməkdə, Valeri Gelaşviliyə qarşı fiziki hücumda, Kvariati malikanəsinin qarəti və bir sıra digər cinayətlərdə ittiham edilib.