Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Gürcüstanın sabiq baş prokuroru Ukraynaya qarşı döyüşən dəstəyə rəhbərlik edir

User 09 Sentyabr 2026 - 19:00
gurcu esas02

Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladze Rusiyanın tərəfində Ukraynaya qarşı müharibədə iştirak etmək üçün yaradılan könüllü dəstəyə rəhbərlik edir.

Azpost.info bildirir ki, o, bu barədə Rusiyanın TASS dövlət agentliyinə açıqlamasında məlumat verib.

Pattrsxaladzenin rəhbərlik etdiyi dəstə “Georgiyevski” adlanır. Onun sözlərinə görə, ad 1783-cü ildə imzalanmış Georgiyevski traktatının şərəfinə seçilib. Bu müqavilə Rusiya imperiyasının Gürcüstan üzərində himayəsini nəzərdə tuturdu.

Dəstə özünü “könüllü və beynəlmiləl” birlik kimi təqdim edir. Onun şəxsi heyətinin sayı və tərkibi barədə məlumat açıqlanmayıb. “Dəstənin əsas vəzifəsi təkcə bizə deyil, bütün dünyaya təhlükə yaradan şərə qarşı mübarizəni sona çatdırmaqdır”, – Partsxaladze bildirib.

Pattrsxaladze Rusiyanı vətəni adlandırsa da, Tbilisidə doğulub. Onun gürcü soyadına “Romanov” əlavəsi 2023-cü ildə ABŞ-ın ona qarşı sanksiya tətbiq etməsindən sonra yaranıb.

ABŞ Dövlət Departamenti həmin vaxt Rusiya Federal Təhlükəsizlik Xidmətinin Partsxaladzedən Gürcüstan siyasətinə təsir göstərmək üçün istifadə etdiyini bildirmişdi. Sanksiyaların səbəbləri arasında onun Rusiya pasportu almasına kömək edildiyi iddiası da yer alırdı.

2023-cü ilin oktyabrında Gürcüstan Prezidenti Salome Zurabişvili Partsxaladzenin vətəndaşlığının ləğvi barədə fərman imzalayıb. 2025-ci ilin iyununda isə o, Gürcüstanı tərk edərək Rusiyada məskunlaşıb. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Partsxaladzenin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar sanksiya siyahısına salınan ilk Gürcüstan vətəndaşı olduğunu bildirib.

Gürcüstan hakimiyyətinə yaxın fiqur

Pattrsxaladze vaxtilə Gürcüstan hakimiyyətinə ən yaxın şəxslərdən biri hesab olunurdu. O, 2013-cü ildə ölkənin baş prokuroru təyin edilib, lakin vəzifəsində iki aydan az qalıb. Müxalifət onun Almaniyada 2001-ci ildə oğurluq ittihamı ilə məhkum edildiyini açıqladıqdan sonra istefa verməyə məcbur olub. Almaniya məhkəməsi onun 2016-cı ilin avqustuna qədər rəsmi vəzifə tutmasını qadağan etmişdi.

Pattrsxaladzenin vəkili isə qərarın yalnız Almaniyadakı vəzifələrə aid olduğunu bildirmişdi.

AzPost.az

Post navigation

Previous: Meşələri qorumaq niyə vacibdir? –
Next: “Yaşıl Teatr” və Bələdiyyə Teatrı Nazirliyin tabeliyinə verilib

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.