Gürcüstanın Ukraynadakı səfiri Saakaşvilinin həbsinə görə XİN-ə çağırıldı

01 Oktyabr 2021 - 22:08

Gürcüstanın Ukraynadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko açıqlama yayıb.

Nikolenko əlavə edib ki, səfir Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanmasının səbəbləri və şərtləri barədə rəsmi məlumat almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçmiş prezident Mixeil Saakaşvilinin saxlanıldığını bildirib.