Gürcüstanla sərhəd açıldı- Baş nazir qərar imzaladı

2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və ölkəmizə vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

**

ADY bu qərarla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki,  Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin 25 may saat 00:00-dan etibarən Azərbaycana giriş-çıxışının təmin edilməsi ilə bağlı qərar verib.

ADY 26 maydan başlayaraq Bakı-Tbilisi-Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarına başlayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.