Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gəlirlərin bəyan edilməsində Qırğızıstan təcrübəsi

User 18 Oktyabr 2023 - 17:31 (Last updated: 21 May 2025 - 20:15)
biznes02

Qırğızıstanda öz gəlirləri və xərcləri haqqında bəyannamə verməli olan şəxslərin dairəsinə siyasi, xüsusi və inzibati dövlət vəziifələrini tutan şəxslər, hüquqmühafizə orqanlarının və diplomatic xidmətin əməkdaşları, hərbi qulluqçular (müddətli hərbi qulluqçular, hərbi məktəblərin kursantları və dinləyiciləri istisna olmaqla), siyasi və inzibati bələdiyyə vəzifələrini tutan şəxslər, Milli Bankın sədr və onun müavinləri aiddir. Bu şəxslər həm ğzləri və həm də yaxın qohumları barədə tələb olunan məlumatları bəyannamədə göstərməyə borcludurlar.

Qeyd etmək lazımdır ki, yaxın qohumlar dedikdə, ər (arvad), yetkinlik yaşına çatmayan uşaqlar, vəzifəli şəxsin tam himayəsində olan şəxslər hesab olunur. Əgər vəzifəli şəxs yetkinlik yaşına çatan uşaqlarının, valideynləinin, bacı və qardaşlarının yaşaması, təhsili, sağlamlığı və digər zəruri xərcləri üçün maliyyə xərcləri çəkirsə, həmin şəxslər  barədə göstərilən məlumatlar da bəyannaməyə daxil edilməlidir.

Bəyannamədə aşağıdakı məlumatlar göstərilməlidir:

1) mülkiyyət hüququ əsasında vəzifəli şəxsə və onun yaxın qohumlarına məxsus olan harada yerləşməsindən asılı olmayaraq daşınar, daşınmaz əmlak və nəqliyyat vasitələri; Qırğıstan qanunvericiliyinə uyğun olaraq mədəni sərvət və qədim predmet hesab olunan əşyalar; milli və xarici valyutada olan pul vəsaitləri, qiymətli kağızlar; mal-qara və digər canlılar; zərgərlik, məmulatları, qiymətli və yarımqiymətli metallar; vətəndaşlara və təşkilatlara münasibətdə maliyyə və digər əmlak tələbləri; təşkilatların kapitalındakı pay.Vəzifəli şəxsin özünün vətəndaşlar və təşkilatlar qarşısında öhdəliyi varsa, bu barədə məlumatlar da öhdəliyin məbləğı göstərilməklə bəyannaməyə daxil edilməlidir.

2) hesabat dövrü üçün gəlirlər, xərclər və onların əsasları barədə məlumatlar. Vəzifəli şəxsin və onun yaxın qohumlarının milli və xarici valyutada əldə etdiyi aşağıdakı gəlirlər barədə məlumatlar bəyannaməyə daxil edilməlidir: əmək haqqı və ona bərabər tutulan digər ödənişlər; müəlliflik hüququna görə ödənişlər və ədəbi, bədii, elmi əsərlərdən, hər cür nou-xau, ticarət markası, qurğu, texnoloji proses, kompüter və məlumat bazası proqramlarından, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadəyə və ya istehsal, texniki, təşkilati, kommersiya və elmi xarakterli məlumatların verilməsinə görə qonorar; borc verməyə görə hesablanan faiz və digər kompensasiyalar ; dividentlər və faizlər; kazino və azrtlı oyunlardan əldə edilən gəlirlər (uduşlar); yarış və müsabiqələrdə əldə olunan hədiyyə və ya pul ödənişləri, lotoreya uduşları; hədiyyə və ya maddi yardım kimi alınan əmlak və pul vəzaitləri; vərəsəlik yolu ilə əldə olunan əmlak və pul vəzaitləri; sığorta şdənişləri; sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər; mülki-hüququ müqavilələrdən əldə olunan gəlirlər; bütün növ müavinət, təqaüd, pensiya və birdəfəlik ödənişlər; digər gəlirlər.

Qeyd etmək lazımdır ki, kazino və azrtlı oyunlardan əldə edilən gəlirlər (uduşlar); yarış və müsabiqələrdə əldə olunan hədiyyə və ya pul ödənişləri, lotoreya uduşları; hədiyyə və ya maddi yardım kimi alınan əmlak və pul vəzaitləri; vərəsəlik yolu ilə əldə olunan əmlak və pul vəzaitləri; mülki-hüququ müqavilələrdən əldə olunan gəlirlər Qırğızıstanda müəyyən olunmuş şərti maliyyə vahidi məbləğinin 1000 mislindən yuxarı olduqda, bəyannaməyə daxil edilir.

Bəyan edilməli olan əmlakların mülkiyyət və ya digər əmlak hüququ əsasında müqavilə yolu ilə əalınmasına sərf olunan vəsait xərclər hesab olunur. Bu şərtlə ki, əldə olunan əmlakın dəyəri Qırğızıstanda müəyyən olunmuş şərti maliyyə vahidi məbləğinin 3000 mislindən yuxarı olsun.

Bəyannamə hesabat ilindən sonrakı ilin aprel ayının 1-dən gec olmayaraq vəzifəli şəxsin yaşayış yeri üzrə vergi orqanına elektron formada təqdim olunur. Vəzifəli şəxs təqdim etdiyi bəyannamədə iyun ayının 30-dək düşəlişlər edə bilər.

 

Bu məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra edilən  “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlamışdı.

 

 

 

Post navigation

Previous: TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub
Next: “Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir”-

Oxşar xəbərlər

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02

xƏBƏR

gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
İşdə uzun müddət oturmaq, avtomobildən çox istifadə etmək və asudə vaxtı telefon qarşısında keçirmək fiziki aktivliyi azaldır....
Read more about Gündəlik gəzinti nə üçün vacibdir?
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.