Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Gələn ilin dövlət büdcəsi hara xərclənəcək? –

User 18 Sentyabr 2024 - 09:29 (Last updated: 21 May 2025 - 20:15)
neft

neft

2025-ci il üzrə dövlət büdcəsinin xərc siyasəti aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilib.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Naziriyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

“Azərbaycan  2030:  sosial-iqtisadi  inkişafa  dair  Milli   Prioritetlərin  icrası. Azərbaycan2030: sosial-iqtisadiinkişafa dair  Milli  Prioritetlər  və 2022-2026-cı illərdə sosial-iqtisadi  inkişaf  Strategiyası”nda dövlət  büdcəsindən  maliyyələşdirilməsi  nəzərdə tutulan layihə və tədbirlərin  həyata keçirilməsi  üçün  tələb  olunan  resursların  yeni  makro-fiskal çərçivəyə uyğun  olaraq orta müddətli  resurs zərfi    ilə uzlaşdırılması və səmərəli mobilizasiyası təmin ediləcək.

Sosial-iqtisadi inkişaf Strategiyasının icrası. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 2020-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə təqribən 23,2 milyard manat məbləğində vəsait ayrılıb. Cari ilin dövlət büdcəsində isə sözügedən Proqramın icrası üçün 6,8 milyard manat, 2025-ci ilin dövlət büdcəsində isə 6,5 milyard manat məbləğində və saitin ayrılması nəzərdə tutulub.

 Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii  qaz,  su,  rabitə,  yol,  təhsil,  səhiyyə,  mədəniyyət,  mənzil-kommunal  və  digər  zə  ruri infrastrukturların və  mədəni-tarixi  abidələrin  bərpası və yenidən qurulması, yaşayış evlərinin  tikintisi  və  s.)  məqsədilə 2025-c i ilin dövlət büdcəsindən  4,0 milyard manat vəsait nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli 3910 nömrəli  Sərəncamı ilə  təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin icrası məqsədilə 150,0  milyon  manat  məbləğində  vəsaitin qarşılanması üçün 2025-ci ilin dövlət büdcəsi layihəsində maliyyə təminatı yaradılıb.

Beləliklə, yenilənmiş  makroiqtisadi  proqnozlara əsasən  qeyri-neft  /qaz  gəlirlərinin artımı və  büdcə qaydası üzrə  təklif  olunan trayektoriya əsasında genişlənmiş ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci  illər  üçün  Dövlət Proqram”nın, dövlət borcuna xidmətlə bağlı xərc ehtiyaclarının qarşılanmasına imkan verir.

 

Azpost.info

Post navigation

Previous: 2025-ci ildə dövlət borcu 30 milyard manata çatacaq
Next: Gələn il büdcədən hansı sahələrə daha çox pul ayrılacaq? –

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.