Həkimin süni mayalanmada səhvi ailəni dağıtdı –

Avropalı qadın qıyıqgöz körpə dünyaya gətirib
13 Sentyabr 2019 - 10:19

ABŞ-ın Nyu-Cersi ştatında həkim səhvi ailənin boşanmasına səbəb olub.

Azpost.info bildirir ki, Kristina Kedderiç və Dryu Vailevski uzun illər uşaq həsrətində olublar. Amma həkim köməyi olmadan bu mümkün olmayıb. Onlar süni mayalanma metodundan istifadəyə qərar veriblər. Bunun üçün uzun axtarışlardan sonra müvafiq klinika müəyyən edilib və həkimlərlə məsləhət olunub.

Süni mayalanma proseduru uğurla keçib. Amma körpənin doğuluşundan sonra qanqaraçılıq başlanıb.

İlk şübhələr hələ körpə doğulanda üzə çıxıb. Uşaq asiyalılar kimi qıyıqgözlü idi. Halbuki ata-ana avroplı tipinə aid olunurdu. Bir ay ata-ana münasibətləri ayırd etməyə sərf ediblər. Bundan sonra həkimə muraciət olunub.

Burada məlum olub ki, şübhələr əsasssız deyilmiş. Həkim -reprudoktoluq biomaterialı qarışdıraraq səhvə yol verib. Nəticədə uşağın atası tamam başqa adam olub.

Hazırda onlar ədalətin bərpası üçün çalışırlar. Süni mayalanmaya 500 min dollar xərc çəkildiyini idda edirlər.