Həkimlərin ailə üzvləri sığortalanacaq

05 May 2020 - 18:06

“İclasda həkimlərin ailə üzvlərinin sığortası təklif edildi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli bildirib.

F.Bədəlbəyli deyib ki, Şura üzvləri bu məsələdə razılığa gəliblər.

O, Səhiyyə naziri Oqtay Şirəliyevin avadanlıqların alınması üçün Fonddan vəsait ayrılmasına ehtiyac olmadığını bildirdiyini də söyləyib.