Həlak olan nazir 10 il Putinin şəxsi adyutantı olub –

SSRİ DTK-nda xidmət edib
08 Sentyabr 2021 - 15:44

Rusiya fövqəladə hallar naziri Ziniçevin həlak olması ilə bağlı prezident Putin məlumatlandırılıb.

Azpost.info bildirir ki, bu barədə prezidentin mətbuat katibi Peskov bildirib.

“Bu, prezident üçün böyük itkidir. Onları çoxillik birgə iş dövrü bağlayırdı”-deyə Peskov vurğulayıb.

55 yaşlı Ziniçev 2018-ci ildən FHN-ə rəhbərlik edirdi. 1987-ci ildən o, SSRİ Dövlət Təhlükəsizlik Komitəsində xidmət edib. SSRİ-nin süqutundan sonra Federal mühafizə xidmətində işini davam etdirib. 2006-2015-ci illərdə Ziniçev Putinin şəxsi adyutantı olub. 2015-ci ildən Kalininqrad vilayətinin FSB-nin rəisi olub. Vilayətin qubernatorunu əvəz edib. İki aydan sonra FTX-nın direktor müavini təyin olunub. 2018-ci ildə Dmitri Medvedeyevin hökumətinə daxil edilib. FHN naziri kimi Vladimir Puçkovu əvəz edib.

RBK-nın əldə etiyi məlumata görə, onun səlahiyyətlərini müvəqqəti olaraq Aleksandr Çupriyan icra edəcək.