Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə Qarabağda həlak olan rus sülhməramlıları ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
Azpost.info xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, atəşə tutulan avtomobildə olan 4 nəfər ölüb və onların arasında zabitlər də olub. Daha bir əsgər isə yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, çərşənbə günü sülhməramlı kontingent Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıtdıqdan sonra rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub, ölənlər var.
Müdafiə Nazirliyi ölənlərin sayını açıqlamayıb, sadəcə atəşin atıcı silahlardan həyata keçirildiyini qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qarabağda həlak olan rus sülhməramlılarının regionda sülh naminə qurban getdiyini deyib.
Azpost.info