Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun səhhətinin yenidən ağırlaşması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Ə.Həsənov Manset.az-a açıqlamasında sağlıq durumunun yaxşı olduğunu bildirib: “Hərə ağzına gələni yazır. Mən belə söhbətlərə məhəl qoymuram. Səhhətimin pis və ya yaxşı olmasının kimə nə aidiyyatı var? Hər şey yaxşıdır. Vəziyyətim qoz kimidir”.