Hərbi avtomobil qəzaya uğrayıb, iki hərbçi xəsarət alıb –

RƏSMİ
05 Yanvar 2022 - 20:40

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Saat 17.40-da Müdafiə Nazirliyinin hərbi maşını idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, qəza zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb.

Hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb.