Həbib Nurməhəmmədov koronavirus testindən imtina edib

Yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov koronavirus testindən keçmək istəməyib.

Apasport.az saytının məlumatına görə, rusiyalı idmançı testdən keçməkdən imtina edib.

Atası bu virusa yoluxduqdan sonra Moskvada onun da analiz verməsini və müayinədən keçməsini istəmələrinə baxmayaraq, Nurməhəmmədov bu istəyi geri çevirib. Tanınmış idmançı buna ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, Həbib Nurəhmədovun atası Abdulmanal Nurəhmədov hazırda xəstəxanadadır. Ürək-damar çatışmazlığından əziyyət çəkən 57 yaşlı Nurəhmədovun vəziyyətinin ağır olduğu söylənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Goranboyda polis əməkdaşı intihar etdi

Sonrakı məqalə

ABŞ-ın “Azəri-Çıraq-Günəşli”dəki neft payını hansı şirkət almaq istəyir? –