Həbsdə olan rus futbolçuları azadlığa buraxılıb –FOTO 

Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıb.

Onlar məhkəmənin qərarı qüvvəyə mindikdən 10 gün sonra koloniyanı tərk ediblər.

Həmçinin Aleksandrın qardaşı Kirill də azadlığa çıxıb. Kokorin hətta bu həftə komandası “Zenit”də tibbi baxışdan keçəcək və ardından komandaya qoşulacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında Aleksandr Kokorin, Pavel Mamayev və Kirill Kokorin Moskvadakı davada iştirak edib, məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysana xəsarət yetiriblər. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilmişdi. (Matc.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FETÖ-nun mühüm adamına hökm oxundu –

Sonrakı məqalə

Xaricdən gələn çayı içirik –