Xaricdən gələn çayı içirik –Azərbaycanda çay idxalı ixracı 10 dəfə üstələyir  

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ümumi dəyəri 6 205,02 ABŞ dolları olan 966,7 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına görə ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında Azərbaycandan xaricə ixrac edilən çayın dəyəri 3,3%, həcmi isə 9,1% artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında çayın ümumi ixracdakı payı cəmi 0,05% təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 251,47 min dollar təşkil edən 8 733,7 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, demək olar ki, dəyişməsə də (cəmi 0,01% azalma), dəyəri 1,2% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,37% təşkil edib. (APA)

Göründüyü kimi, cari ilin ilk səkkiz ayında Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həbsdə olan rus futbolçuları azadlığa buraxılıb –

Sonrakı məqalə

“İnstagram”ın rəhbəri Adam Mosseri :