“Həftədə 4 gün, 6 saatlıq iş rejimi olsun”- Finlandiyanın xanım Baş Nazirindən təklif

Finlandiyanın yeni Baş Naziri Sanna Marin ölkəsində həftədə 4 gün, 6 saatlıq iş rejiminə keçmək istədiklərini bildirib.

Modern.az xəbər verir ki, “ən gənc ikinci hökumət lideri” statusuna sahib olan Baş Nazir “iş həyatında hər kəs üçün bir sonrakı addım” kimi xarakterizə etdiyi sistemi həyata keçirmək üçün işə başlayıb.

Finlandiya vətəndaşlarının daha az işləməsinə icazə verilməsinin vacibliyini vurğulayan Sanna Marin “insanların ailələrinə, sevdiklərinə, hobbilərinə və mədəni həyatın digər istiqamətlərinə daha çox vaxt ayırmağa layiq olduqlarına inanıram” deyə, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İranın son bəyanatından təəssüflənirəm”

Sonrakı məqalə

Moskvada əmək miqrantları üçün patent haqqı bahalaşıb