“İranın son bəyanatından təəssüflənirəm”- Cozef Borel

“İranın Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı son bəyanatından dərin təəssüf hissi keçirirəm”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel “Twitter” səhifəsində yazıb.

“Həmişə olduğu kimi Beynəlxalq Atom Enerji Agentliyinin yoxlamalarına etibar edəcəyik. Bütün iştirakçılar tərəfindən nüvə sazişinin tam şəkildə həyata keçirilməsi regional sabitlik və qlobal təhlükəsizlik üçün hər zamankındən daha vacibdir. Bundan sonra daim irəliyə doğru bütün tərəflərlə işləməyə davam edəcəyəm”, – deyə Aİ-nin Ali Nümayəndəsi qeyd edib.

Xatırladaq ki, İran dövləti bəyanat yayaraq elan edib ki, nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atıb və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Vahid Novruzovu təltif etdi

Sonrakı məqalə

“Həftədə 4 gün, 6 saatlıq iş rejimi olsun”