“Hər gün ən azı iki saatımı idmana ayırıram”- PUTİN

İdman həyatınızın bir hissəsinə çevrilməlidir.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çukotkada – Anadır şəhərinin sakinləri ilə görüşü zamanı deyib.

İdmanla məşğul olmağa vaxtının olub-olmaması ilə bağlı sualı cavablandıran Rusiya lideri qeyd edib ki, o, hər gün ən azı iki saatını buna ayırır.

“Bunu hər gün ən azı iki saat edirəm. Zal, hovuz, duş – bütün bunlar bir yerdə 2,5 saat çəkir. Siz sadəcə olaraq bunu həyatınızın bir hissəsinə çevirməlisiniz”, – Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Qızılca üçün antibakterial preparatlar təsirsizdir”

Sonrakı məqalə

Futbol ulduzu Azərbaycanda oynamaq üçün təklif alıb