“Qızılca üçün antibakterial preparatlar təsirsizdir”- Pediatr

“Qızılca üçün xüsusi müalicə yoxdur. Valideynlər tərəfindən uşaqlara evdə həkim təyinatı olmadan hər hansı bir dərman preparatının verilməsi doğru deyil”.

Bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində qızılcanın sağalma mərhələsinə həsr olunmuş canlı yayımda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva deyib.

Pediatr qeyd edib ki, həkim simptomlara, xəstəliyin ağırlığına və mümkün ağırlaşmalara görə simptomatik terapiya təyin edir: “Qızılcanın tipik gedişi zamanı həkimin təyin edə biləcəyi dərmanlar, antipiretiklər – qızdırma 38°-dən yuxarı olduqda, vitamin A, öskürək əleyhinə preparatlar, burun axması və burun tutulması zamanı qısa müddətə burun damcılarıdır”.

S.Mehdiyeva bildirib ki, xəstəliyin törədicisi virusdur, buna görə də qızılca üçün antibakterial preparatlar təsirsizdir: “Həkim antibiotikləri yalnız ikincili bakterial ağırlaşmalar inkişaf etdikdə və ya onların qarşısını almaq üçün təyin edə bilər”.

Əvvəlki məqalə

Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmayıb

Sonrakı məqalə

“Hər gün ən azı iki saatımı idmana ayırıram”