Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hərbi Kollecə tələbə qəbulu davam edir

User 13 Aprel 2024 - 11:11 (Last updated: 21 May 2025 - 20:15)
herbi kollec

Milli Müdafiə Universitetinin Hərbi Kollecinə 2024–2025-ci tədris ili üçün tələbə qəbulu davam edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ölkəmizdə peşəkar hərbi mütəxəssislərin yetişdirilməsi və hərbi təhsil sisteminin orta ixtisas təhsil pilləsinin genişləndirilməsi məqsədilə hərbi kolleclər və müvafiq təhsil infrastrukturu təsis etmişdir. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir.

Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

• 100 manat məbləğində təqaüd

• 200 manat məbləğində ailə üzvlərinə maddi yardım

• 150 manat məbləğində hesabda yığılan ödəniş.

Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün mmu.edu.az veb-saytına daxil olmaq və ya 0811 qısa nömrəsinə zəng etmək lazımdır.

Post navigation

Previous: Çingiz Abdullayevin səhhəti yaxşılaşır
Next: Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək

Oxşar xəbərlər

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.