Hərbi prokuror Xanlar Vəliyev “Tərtər işi”ndən danışdı

Mediada şərti olaraq “Tərtər İşi” adlandırılan sensasion hadisələrin detalları açıqlandıqca, sosial şəbəkələrdə tənqidlər də çoxalır.

İşgəncələr Əleyhinə Beynəlxalq Komitə “Tərtər İşi” ilə bağlı hesabat yayaraq, Azərbaycanda hərbçilərə verilən dəhşətli işgəncələrdən narahat olduğunu bəyan edib.

İişgəncə faktlarına görə ittiham olunan Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev Gununsesi.info-nun sorğusuna cavab verib.

Hərbi prokuror bildirib ki, bu barədə iddiaları qəbul etmir:

“Mən bu iddiaları eşitmişəm. Amma yalandır.  Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

Saytın əməkdaşı konkret faktları hərbi prokurora xatırlatsa da, Xanlar Vəliyev “mətbiat xidmətimə müraciət edin, geniş açıqlama alın” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirmişdi.

Daha sonra həbs olunanlardan bəzilərinə bəraət verildi, 25 nəfər uzun müddətli həbs cəzası aldı.

Uzun müddətdir sosial şəbəkələrdə həbs olunanlara dəhşətli işgəncələr verildiyi barədə fikirlər dolaşır. İttiham olunanlardan biri də hərbi prokuror Xanlar Vəliyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Azərbaycanda COVID-19-a 2163 yeni yoluxma faktı qeydə alınıb –