“Həyatımda bundan çətin vəziyyətlə qarşılaşmamışam”– BMT Baş katibi

“Ukraynadakı münaqişə sülhdən çox uzaqdır”.

Azpost.info xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, BMT nümayəndələri bu məsələdə irəliləyiş əldə etməyə çalışırlar. Bununla belə, hazırda tərəflər sülh müqaviləsi imzalamaqdan uzaqdırlar: “Ukrayna və Rusiyadan ərzaq və gübrə ixracını asanlaşdırmaqda bacardığımız qədər irəliləyiş əldə edirik. Lakin biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq sülhdən uzağıq”.

Baş katib deyib ki, Ukrayna böhranı ərzaq qiymətlərinin, enerji resurslarının, həmçinin mürəkkəb logistika zəncirlərinin artmasına səbəb olub.

Quterreş etiraf edib ki, bu, bütün həyatı boyu gördüyü ən çətin geosiyasi vəziyyətdir: “Düşünürəm ki, bu, həyatımda qarşılaşdığım ən pis vəziyyətdir”.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin görüşü olub

Sonrakı məqalə

Azərbaycanda indiyə qədər koronavirusdan 10 min nəfər vəfat edib –