Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Həddindən artıq şəkər qaraciyəri zədələyə bilər

User 19 Sentyabr 2026 - 12:50 (Last updated: 19 Sentyabr 2026 - 10:42)
White,Sugar,In,Wood,Spoon,On,Wood,Table

white sugar in wood spoon on wood table

Şəkərdən tamamilə imtina etmək vacib deyil. Lakin gündəlik qida rasionunda əlavə şəkərin miqdarına nəzarət etmək olduqca önəmlidir. Həddindən artıq şəkərin müntəzəm qəbulu yalnız çəki artımına və diş problemlərinə deyil, qaraciyərin sağlamlığına da mənfi təsir göstərə bilər.

Bu barədə “Health” yazır.

Dietoloq Lindsi DeSotonun sözlərinə görə, qaraciyər qida maddələrinin emalında, qanda şəkərin normal səviyyəsinin qorunmasında və bir sıra digər mühüm proseslərdə iştirak edir. Rasionda əlavə şəkərin miqdarı çox olduqda onun bir hissəsi yağa çevrilərək qaraciyərdə toplana bilər.

Ən çox hansı şəkər təhlükəlidir?

Mütəxəssis xüsusilə fruktozaya diqqət çəkir. Qlükozadan fərqli olaraq, fruktozanın böyük hissəsi qaraciyərdə emal olunur. Orqanizmə həddindən artıq fruktoza daxil olduqda qaraciyərdə yağ əmələ gəlməsi sürətlənə və piylənmiş qaraciyər xəstəliyinin inkişaf riski arta bilər.

Xüsusilə metabolik disfunksiya ilə əlaqəli steatotik qaraciyər xəstəliyi bu baxımdan diqqət tələb edir.

Sadə şəkərlərin həddindən artıq qəbulu insulin müqaviməti, iltihabi proseslər, oksidləşdirici stress və bağırsaq mikroflorasında dəyişikliklərlə də əlaqələndirilir. Bu amillər orqanizmə əlavə metabolik yük yarada bilər.

Şəkər ən çox hansı məhsullarda olur?

Əlavə şəkərin əsas mənbələrindən biri şirin içkilərdir. Buraya qazlı içkilər, energetiklər, idman içkiləri, həmçinin şəkər əlavə edilmiş çay və qəhvə daxildir.

Lakin şəkər yalnız şirniyyatlarda olmur. Onu aşağıdakı məhsullarda da aşkar etmək mümkündür:

  • şirin yoqurtlar;
  • səhər yeməyi üçün hazır taxıl məhsulları;
  • batonçiklər;
  • şirin xəmir və un məmulatları;
  • hazır smuzilər;
  • kofe əsaslı şirin içkilər;
  • müxtəlif souslar və hazır əlavələr.

Belə məhsulların müntəzəm və çox miqdarda istehlakı artıq çəki, diş çürüməsi, qanda qlükoza səviyyəsində kəskin dəyişikliklər və şirinə olan istəyin artması ilə əlaqələndirilir.

Meyvədəki şəkər də eynidirmi?

Mütəxəssislər əlavə şəkərlə bütöv meyvələrdə təbii şəkildə olan şəkəri eyni hesab etmirlər.

Bütöv meyvələrdə şəkərlə yanaşı lif, vitaminlər, minerallar və digər faydalı maddələr də var. Bu səbəbdən meyvə şirəsi və ya şəkər əlavə edilmiş məhsulla bütöv meyvənin orqanizmə təsiri eyni deyil.

Gündə nə qədər şəkər qəbul etmək olar?

Amerika Ürək Assosiasiyası kişilərə gündə 36 qramdan, qadınlara isə 25 qramdan çox əlavə şəkər qəbul etməməyi tövsiyə edir. Bu, müvafiq olaraq təxminən 9 və 6 çay qaşığı şəkərə bərabərdir.

Şəkər qəbulunu azaltmaq üçün dietoloq daha çox adi su və şəkərsiz içkilər içməyi, rasiona tərəvəz, meyvə və tam taxıllı məhsulları daxil etməyi tövsiyə edir.

Aşağı glikemik indeksə malik qidalara və doymamış yağlara üstünlük vermək də faydalı ola bilər.

Qaraciyərin sağlamlığı baxımından normal çəkinin qorunması da mühüm amildir. Artıq çəki və ya piylənmiş qaraciyər problemi olan şəxslərdə isə qidalanma və həyat tərzi ilə bağlı dəyişikliklər həkim məsləhəti ilə aparılmalıdır. Qaraciyərdə piylənmə artıq mövcuddursa, alkoqol qəbulunun məhdudlaşdırılması da tövsiyə olunur.

AzPost.az

Post navigation

Previous: Yeməkdən sonra yuxu basırsa, buna diqqət edin
Next: Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.