Həkimlərin maaşı 3 min manatadək artırılır –Yeni rəqəmlər açıqlandı

Azərbaycanda həkim reklamı qadağan olunsun
Azərbaycanda həkim reklamı qadağan olunsun

Azərbaycanda bir sıra həkimlərin aylıq əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

Azpost.info -nun məlumatına görə, TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında bildirib ki, islahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq.

Onun sözlərinə görə, bu, mövcud maaşla müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.

Təcili tibbi yardım xidmətində çalışan həkimlərin də əməkhaqlarında artım nəzərdə tutulub.

Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimlərinin aylıq əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksəldiləcək.

Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin maaşı isə 1 550 manatdan 2 500 manata çatdırılacaq. Bu halda artım 950 manat və ya 61 faiz təşkil edəcək.

3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manata yüksəldiləcək.

Regionlarda çalışan həkimlərə əlavə stimullar

Anar Bayramov bildirib ki, islahatın əsas istiqamətlərindən biri həkimlərin regionlara cəlb edilməsini stimullaşdırmaq və bölgələrdə kadr təminatını gücləndirməkdir.

Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox olduğu ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq ediləcək.

Beləliklə, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Bu, 1 550 manat və ya 107 faiz artım deməkdir.

Neonatoloqların maaşı 1 450 manatdan 2 400 manata çatdırılacaq. Artım 950 manat və ya 66 faiz təşkil edəcək.

Hemodializ həkimlərinin aylıq əməkhaqqı isə 1 450 manatdan 2 250 manata yüksəldiləcək. Bu, 800 manat və ya 55 faiz artım deməkdir.

Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə çalışan həkimlərin maaşı 1 450 manatdan 2 150 manata çatdırılacaq.

Bu ixtisaslar üzrə artım 700 manat və ya 48 faiz təşkil edəcək.

TƏBİB-in açıqlamasına görə, əməkhaqlarının artırılması ilə yanaşı, xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi regionlarda həkim çatışmazlığının aradan qaldırılmasına və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.