Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı hadisələri diqqətlə izləyir.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məhkəmə instansiyasının prokuroru Kərim Xan açıqlama verib. Onun sözlərinə görə, Haaqa Məhkəməsi 2014-cü il fevralın 20-dən Ukrayna ərazisində törədilmiş soyqırım aktları, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərlə bağlı təhqiqat başlada bilər: “Bu cinayətləri törədən və ya ona şərik olan istənilən şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Kərim Xan bildirir ki, münaqişənin bütün tərəflərinin beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə əməl etməsi vacibdir: “Haaqa Məhkəməsi Ukraynadakı vəziyyəti yaxından izləməyə davam edəcək. Amansız cinayətlərdə təqsiri olanların hamısı cavab verəcək”.
Azpost.info