Hacı Əliyev gümüş medal qazandı –

TOKİO-2020
07 Avqust 2021 - 15:27

Azərbaycan Tokio Olimpiadasında gümüş medal qazanıb.

65 kq çəki dərəcəsində Rio Olimpiadasının mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev dünya və ikiqat Asiya çempionu Takuto Otoquro (Yaponiya) ilə qarşılaşıb.

Gərgin keçən görüşdə meydan sahibi 5:4 hesabı ilə qalib gəlib.

Bu, Azərbaycanın ikinci gümüş medalıdır.