Hacıqabulda kürəkən qayınata və qaynını bıçaqlayıb

Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Hacıqabul rayonunun Abdulabad kəndində baş verib.

Ailə münaqişəsi zəminində kürəkən Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynovu və onun oğlu 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovu bıçaqlayıb.

Hər iki yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 330 nəfər COVID-19-dan sağalıb-

Sonrakı məqalə

Ölkəyə gətirilən 20 qrama qədər qızıla aksiz güzəşti qüvvədə saxlanılıb