Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar – Bakı sakinləri, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alan avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Almaz Yolçiyevanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə aparılıb.
Xatırladaq ki, A.Yolçiyeva qəzada xəsarət alan yeniyetmələr – G.Yolçiyeva və S.Yolçiyevanın anasıdır.
Faktla bağlı araşdırma aparılır.