Haiti prezidentinin qətlinin təşkilatçısı həbs edilib

12 İyul 2021 - 09:18

Haiti prezidentinə sui-qəsd təşkilatçılarından biri həbs edilib.

Azpost.info bildirir ki, bu barədə Acento qəzeti Milli polis idarəsininbaş direktoru Leon Şarla istinadən xəbər yayıb. “Quldurların hucumu dayandırılan zaman onlar ilk olaraq Emmanuel Sanona zəng vurublar”-deyə o bildirib.

Polis rəisi deyib ki, cinayət siyasi motiv daşıyır. Hüquq mühafizə orqanları digər iki təşkilatçını axtarır. Araşdırma göstərib ki, Sanon ABŞ-da yerləşən Venesuela mühafizə şirkəti ilə əlaqə saxlayıb. Guman olunur ki, o hazırda prezident Moizanın qətlində ittahm olunan kolumbiyalıların bu sui-qəsdə cəlb olunmasını təşkil edib.

Sanon Haitiyə mühafizəçiləri ilə birlikdə özəl reyslə gəlib. Onun şəxsiyyəti barədə əlavə məlumat verilməyib. Daha sonra “misisya dəyişib” və kolumbiyalılardan birinə prezidentin həbs edilməsi barədə order verilib. “Əməliyyat oradan başlanıb”-deyə polis rəisi vurğulayıb.