Hakan Fidan ABŞ-ın dövlət katibi və İran XİN başçısı ilə danışıb

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio və İranın XİN başçısı Seyid Abbas Araqçi ilə telefon danışıqları aparıb.

Bununla bağlı Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Hakan Fidan ilə Marko Rubio arasındakı danışıq zamanı Türkiyə-ABŞ münasibətləri müzakirə edilib, Suriyadakı mövcud vəziyyət, Qəzzaya humanitar yardımların çatdırılması və Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunmasına dair səylər dəyərləndirilib.

Fidan ilə Araqçi arasındakı görüşdə isə İranın nüvə proqramı ilə bağlı ötən həftə Oman Sultanlığında keçirilən danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.