Hakerlər Federal Təhqiqatlar Bürosunun saytına hücum edib

14 Noyabr 2021 - 09:00

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) saytına xaker hücumu olub.

“Bloomberg”in xəbərinə görə, xakerlər qurumun elektron poçt sistemini ələ keçirərək ora on minlərlə məktub göndəriblər. Onlar həmçinin növbəti oxşar hücum barədə də xəbərdarlıq ediblər.

Dövlət qurumları hücumun mənşəyini araşdırır.