Hakim səhvini etiraf etdi –

Azərbaycandan üzr istədi
14 Oktyabr 2019 - 00:07
ZWOLLE, NETHERLANDS - DECEMBER 12: Dennis Higler referee during the Dutch Eredivisie match between PEC Zwolle v AZ Alkmaar at the MAC3PARK Stadium on December 12, 2017 in Zwolle Netherlands (Photo by Ed van de Pol/Soccrates/Getty Images)

Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.

“Report” xəbər verir ki, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.

Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb – 1:0.