“Hökumət tənqid oluna bilər və edilməlidir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rusiyalı jurnalistlərin və “VKontakte” istifadəçilərinin suallarını cavablandırarkən deyib.
Lakin Medvedev bildirib ki, ölkəsi uğrunda döyüşən əsgər haqqında mənfi danışmaq olmaz.
“Mən sadə bir qaydadan çıxış edirəm: hakimiyyəti tənqid etmək olar və lazımdır. İstəyirsinizsə, buyurun. Amma siz vətəni üçün döyüşən əsgəri tənqid edə bilməzsiniz”, – Medvedev qeyd edib.
Azpost.info
