Hamilə qadın kanalizasiya quyusuna düşüb

hamile quyu

Türkiyədə hamilə qadın xəstəxananın həyətindəki kanalizasiya quyusuna düşüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı Nehir Çingiz xəstəxananın həyətindəki 5 metr dərinliyi olan quyuya düşüb və yaralanıb.

O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə quyudan çıxarılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir