“Real”a və “Atletiko”ya keçməyim mümkünsüzdür” –Messi gələcək planlarından danışdı

“Barselona”nın hücumçusu və kapitanı Lionel Messi gələcək planları barədə danışıb.

Bu barədə “La Sexta” məlumat yayıb.

“Mən heç bir klubla danışıqlar aparmıram. Əvvəl də dediyim kimi, mövsümün sonuna qədər heç nə aydın deyil. Sonra nə olacağına baxarıq.

Gələcəyə gəldikdə, “Real”a və ya “Atletiko”ya keçməyəcəyim dəqiqdir, bu, sadəcə, mümkünsüzdür. “Barselona”nı tərk edib-etməyəcəyimi bilmirəm, bu barədə mövsümün sonunda danışarıq.

Ancaq mən karyeramı başa vurduqdan sonra da klubda qalmaq istəyirəm”, – deyə L.Messi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək –

Sonrakı məqalə

Hamilə qadın kanalizasiya quyusuna düşüb