“Hamısı cəzalandırılacaq, heç kimə güzəşt edilməyəcək”- Dağıstanın rəhbəri

“Mahaçqala hava limanında iğtişaşlara görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq, heç kimə güzəşt edilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Dağıstanın rəhbəri Sergey Melikov sakinlərə videomüraciətində bildirib.

Melikov hər bir halın fərdi qaydada araşdırılacağını vurğulayıb: “Cinayəti törədənlərin heç birinə güzəşt olunmayacaq. Bir çox faktlar üzrə artıq cinayət işi başlanıb. Etiraf edirəm ki, izdiham arasında fələstinlilərlə bağlı səmimi narahatlıqla gələn təsadüfi insanlar da var idi. Ona görə də biz hər bir işi ayrıca nəzərdən keçirəcəyik. Hər kəs layiq olduğunu alacaq”.

Melikov asayişin tam təmin ediləcəyini əlavə edib. Onun sözlərinə görə, hadisələrin 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 83-ü saxlanılıb.

Azpost.info

Əvvəlki məqalə

“Alıcılar dönərxanalarda ətin tərkibindən tam xəbərsiz olur” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu