“Hamıya pul paylayırsınız, qazilərin də “1 abbasısını” verin. Xahiş edirəm, qazilərə veriləcək müavinət qalıb, onu da nəzərə alın”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
“Hörmətli Samir müəllim, baxırıq ki, hamıya pul ayırırsınız. Həmişə müdafiə etdiyim qazilərin də “1 abbasının” verilməsini xahiş edirəm. Hamıya pul paylayırsınız, onların da heç olmasa “bir abbasını”verin. Onların müavinətləri də qalıb”.
Deputat bildirib ki, veteranların hamısını bunu istəyir: “ İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Məni harda görürlər bu məsələni gündəmə gətirirlər”.
Azpost.info