Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hansı universitetlərin elmi-tədqiqat bazası yenilənib?

User 27 Noyabr 2025 - 18:00 (Last updated: 27 Noyabr 2025 - 17:39)
telebe kitabx

Son illər Azərbaycanda ali təhsil və elmi-tədqiqat infrastrukturunun inkişafı sürətlə davam edir. Dövlət proqramları, beynəlxalq layihələr və özəl investisiyalar sayəsində bir çox universitetdə müasir laboratoriyalar və tədqiqat mərkəzləri yaradılır. Bu proses həm fundamental, həm də tətbiqi elmi tədqiqatların keyfiyyətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə artırır. Hazırda bir sıra aparıcı universitetlərdə genişlənən maddi-texniki baza elmi tədqiqatın keyfiyyətini artırmaqda və əhatə dairəsini genişləndirməkdə kafi durumdadır.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, xüsusilə xarici universitetlərlə ikili diplom proqramları həyata keçirən aşağıdakı ali təhsil müəssisələrində müasir tədqiqat formalaşmaqdadır:

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) xüsusilə neft-kimya, mühəndislik, informasiya texnologiyaları, kimya, fizika və təbiət elmləri üzrə müasir laboratoriya və tədqiqat imkanları yaradılıb. UFAZ-ın infrastrukturu Strasburq Universiteti ilə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara uyğun qurulub.

Həmçinin ADNSU ilə İngiltərənin Vorvik Universiteti arasında təşkil edilmiş ikili diplom proqramına əsaslanan “ADNSU-da Varvik Universiteti Tədqiqat Mərkəzi/Laboratoriyası” formalaşmaqdadır.

Ölkənin köklü ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universiteti (BDU) həm təbii elmlər, həm də sosial elmlər üzrə geniş tədqiqat infrastrukturuna (bir sıra laboratoriyalar, elmi-tədqiqat institutları) və insan resursuna malikdir.

Azərbaycan Texniki Universitetinin (AzTU) texniki və mühəndislik sahələr üzrə tədqiqatları dəstəkləyən laboratoriya bazaları inkişaf etdirilir. Onlara telekommunikasiya (Nokia laboratoriyası), elektrik mühəndisliyi, materialşünaslıq, biotibbi mühəndislik laboratoriyalarını misal göstərmək olar.

UNEC-də fəaliyyət göstərən Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyası, UNEC empirik tədqiqatlar mərkəzi, tədqiqat metodlarının tətbiqi mərkəzini nümunə göstərmək olar.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat materialları və konstruksiyalarının sınaq laboratoriyasını, Nanomateriallar tədqiqat laboratoriyasını, Hidrotexnika və su təsərrüfatı laboratoriyalarını, Mühəndislik sistemləri və texnologiyaları laboratoriyalarını misal çəkmək mümkündür”.

AzPost.az

Post navigation

Previous: Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib
Next: Zakir Həsənov İsrail Müdafiə Nazirliyinin idarə rəisi ilə görüşüb

Oxşar xəbərlər

gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
derman
  • Sosial

İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir

User 21 Oktyabr 2026 - 17:11
menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41

xƏBƏR

gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
Mübahisə zamanı, narahat söhbət əsnasında və ya pis xəbər eşidəndən sonra qəfil gülmək ətrafdakılara laqeydlik və ya...
Read more about İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır
İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir derman
  • Sosial

İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir

User 21 Oktyabr 2026 - 17:11
Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər london01
  • Dünya

Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər

User 21 Oktyabr 2026 - 17:00
Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41
SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.