Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Hantavirus epidemiyası riski çox azdır –

User 11 May 2026 - 13:05 (Last updated: 11 May 2026 - 13:05)
virus

“MV Hondius” kruiz gəmisinin sərnişinləri və heyəti bazar günü İspaniya hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi ilə sıx əlaqələndirilmiş beynəlxalq səhiyyə əməliyyatı çərçivəsində Tenerifedə gəmidən eniblər. Rəsmilər ictimaiyyəti epidemiyanın “başqa bir COVID olmadığına” inandırmağa çalışırlar.

AZƏRTAC ispan mediasına istinadla xəbər verir ki, gəmi üç nəfərin ölümünə səbəb olan hantavirus epidemiyasının yaratdığı beynəlxalq ictimai səhiyyə tədbirlərinin mərkəzində həftələrlə dənizdə qaldıqdan sonra Kanar adaları sahillərinə çatıb. Tenerifedə komandaya rəhbərlik edən ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus geniş ictimaiyyət üçün riskin aşağı olaraq qaldığını vurğulayıb. O, bazar günü media müzakirəsi zamanı jurnalistlərə bildirib ki, “bu, başqa bir COVID deyil və ictimaiyyət üçün risk aşağıdır. “İnsanlar qorxmamalı və təşvişə düşməməlidirlər”, -deyə o qeyd edib.

Gəmidə səkkiz yoluxma halı qeydə alınıb, onlardan altısı laboratoriyada hantavirus infeksiyası kimi təsdiqlənib, hamısı Andes virusu (ANDV) kimi müəyyən edilib, baxmayaraq ki, mayın 2-dən bəri yeni ölüm halları olmayıb.

ÜST-nin Tenerifedəki səhiyyə əməliyyatları rəhbəri Diana Rojas Alvaresin sözlərinə görə, gəmini tərk edən ilk qruplar arasında İspaniya, Fransa, Kanada və Niderlanddan olan sərnişinlər və heyət üzvləri olublar. “Bu, olduqca gərgin proses idi, eyni zamanda çox yaxşı təşkil olunmuşdu”, – deyə o, media brifinqi zamanı bildirib.

Bazar günü təxminən 46 sərnişin və heyət üzvünün gəmidən enməsi gözlənilirdi və əməliyyatlar bazar ertəsi gününə qədər davam edir. Gəmi tibbi qrupla müşayiət olunaraq Niderlanda qayıdarkən, təxminən 30 heyət üzvünün göyərtədə qalması gözlənilir.

ÜST rəsmiləri sərnişinlərdən heç birinin kommersiya uçuşları ilə səyahət etməyəcəyini bildiriblər. Bunun əvəzinə, çarter repatriasiya uçuşları ciddi sağlamlıq protokollarına əsasən milli orqanlarla əlaqələndirilir.

ÜST-nin epidemiya və pandemiya idarəetmə direktoru Maria van Kerxove virusun inkubasiya dövrü səbəbindən sərnişinlərin və heyət üzvlərinin altı həftəyə qədər aktiv sağlamlıq monitorinqindən keçəcəyini bildirib. “Tövsiyəmiz aktiv izləmədir, yəni gündəlik monitorinq, qızdırma və ya digər simptomların yoxlanılması deməkdir”, – deyə o əlavə edib. Direktorun sözlərinə görə, ÜST evdə və ya müəssisədə karantin və 42 gün monitorinq keçirməyi tövsiyə edir: “Bu, həqiqətən də virusun başqalarına keçməməsinə əmin olmaq üçün ehtiyatlı bir yanaşmadır. Həmçinin gəmidən düşəndə və başqalarının yanında olduqda əlavə qorunma təbəqəsi üçün respirator taxmağı tövsiyə edirik”.

AzPost.az

Post navigation

Previous: Ələtdə pəncərə silən qadın 4-cü mərtəbədən yıxılaraq ölüb
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.