Haramı düzündə minaatan və top mərmiləri aşkarlandı –FOTO

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonu, Haramı düzü adlanan ərazidə 2 müxtəlif əkin sahəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan  verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib və birlikdə baxış keçirilib, təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan və top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanında koronavirus xəstələrini robot -həkim müalicə edir –

Sonrakı məqalə

Bakıda iqtisadçı ad günündə koronavirusdan öldü-