“Harri Potter” və “Üzüklərin hökmdarı” ilk dəfə birlikdə –

Kult filmin 20 yaşı tamam olur (FOTO)
14 Fevral 2021 - 17:13

Britaniyanın “Empire” jurnalı “Üzükləri hökmdarı” və “Harri Potter” kult filmlərinin 20 illiyi ilə bağlı baş rolları ifa etmiş Elayc Vud və Deniel Redkliffin birgə fotosunu üz qabığında yerləşdirib.

Azpost.info bildirir ki, “Sehirbazlığın 20 ili. Müsahibədə Elayc Vud və Deniel Redliff ilk dəfə bu iki filmin yubileyi ilə bağlı bir araya gəliblər”-deyə jurnal açıqlamasında yayıb.

Jurnalda aktyorlar çəkilişlə bağlı xatirələrini bölüşüb və personajlarla bağlı işlərini müzakirə ediblər.

“Üzüklərin hökmdarı” və “Harri Potter” filmləri 2001-ci ildə ekrana çıxıb.