“Hava hücumundan müdafiə üçün raket istehsalını iki dəfə artırmışıq”- ŞOYQU

Rusiya hərbi istehsalın, xüsusən də hava hücumundan müdafiə sistemləri üçün raketlərin həcmini artıraraq iki dəfədən çox artırıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Dediyinə görə, buna Yekaterinburqda hərbi sənaye kompleksinin müəssisələrinə baş çəkərək əmin olub.

“Baş mühəndislərlə, konstruktorlarla danışdıq, çoxlu yeni avadanlıqlar meydana çıxıb. Bu baxımdan istehsal həcmi xeyli artırılıb. Bizə lazım olan hava hücumundan müdafiə raketlərinə gəlincə, onu iki dəfədən çox artırmışıq”, – Şoyqu deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.