Hava proqnozları daha dəqiq olacaq- 2 yeni radar alınıb

Dövlət investisiyaları çərçivəsində ölkəyə hava proqnozlarını daha dəqiq təqdim etməyə imkan verən, ABŞ istehsalı olan iki dopler radarı gətirilib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda radarların quraşdırılması işləri aparılır. Bir radar Şamaxıda, digəri Göygöl ərazisində yerləşdiriləcək. Gələn ilin birinci rübündə artıq bu yeni avadanlıqların istifadəyə verilməsi nəzərdə tutulur”.

U.Tağıyeva bildirib ki, avadanlıqlar istifadəyə verilməmişdən əvvəl onlarla işləyən mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək. Bu radarlar vasitəsilə hava haqqında məlumatlar gün ərzində daha tez-tez yenilənəcək, məlumatlar daha operativ olacaq.

Departament direktoru qeyd edib ki, radarların radiusu kifayət qədər genişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində işləyəcək?

Sonrakı məqalə

Deputatlığa iddialı jurnalist: